Litva Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi böyük məmnuniyyətlə bildirirlər ki, Avropa İttifaqı ölkələrinin milli mədəniyyət institutlarını birləşdirən EUNIC klasterinə (Avropa İttifaqının Milli Mədəniyyət İnstitutları) 2025–2026-cı illər üzrə növbəti sədrliyi çərçivəsində birgə tərəfdaşlıq fəaliyyətinə başlanılır. 2025–2026-cı illər ərzində Litva Səfirliyi rəsmi olaraq Azərbaycandakı EUNIC klasterinə sədrliyi öz üzərinə götürür, Ukrayna Mərkəzi isə EUNIC 2025-2026-cı illər ərzinsə bu sədrliyin əsas tərəfdaşı qismində çıxış edəcək.
EUNIC – Avropa İttifaqı üzv dövlətlərinin milli mədəniyyət institutlarının şəbəkəsidir. Bu qurumlar birgə layihələr və təşəbbüslər vasitəsilə mədəniyyətlərarası dialoqu təşviq edir, mədəni əlaqələri möhkəmləndirir və Avropa dəyərlərinin yayılmasına töhfə verir.
Sədrliyimiz dövründə biz Avropa İttifaqının Azərbaycandakı mədəni mövcudiyyətinin gücləndirilməsi üçün birgə çalışacaq, Avropanın mədəni müxtəlifliyini əks etdirən innovativ proqramlar həyata keçirməyə, eləcə də Avropa ilə Azərbaycan arasında sənətçilər, mədəniyyət institutları və ictimaiyyət arasında əməkdaşlıq imkanlarını genişləndirməyə səy göstərəcəyik.
EUNIC-in Azərbaycandakı fəaliyyətində fəal iştirak etməyə bütün tərəfdaşları səmimiyyətlə dəvət edir və Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında mədəniyyətlərarası dialoqun inkişafına töhfə verəcək birgə layihələri səbirsizliklə gözləyirik.