Andriy Sıbiha Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışıqları apardı
16 Avqust 2025 20:39

Ukraynanın xarici işlər naziri Andriy Sıbiha:

“Mən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla əhatəli və məzmunlu söhbət etdik. Onu Ukrayna üçün davamlı sülhün əldə olunması istiqamətində həyata keçirdiyimiz cari diplomatik fəaliyyətlər barədə, həmçinin ABŞ və digər müttəfiqlərlə bu yolda gördüyümüz birgə səylər haqqında məlumatlandırdım. Biz Avropada təhlükəsizlik və sabitliyin bərpası üçün kollektiv gücümüz sayəsində fəal şəkildə çalışırıq.

Mən həmkarımı Ermənistanla imzalanmış Birgə Bəyannamə və Cənubi Qafqazda çoxdan gözlənilən sülhün qurulması istiqamətində əldə olunmuş irəliləyiş münasibətilə təbrik etdim. Biz ikitərəfli dialoqumuzda müşahidə edilən müsbət dinamikanı qeyd etdik – prezidentlərimiz arasında baş tutmuş telefon danışıqları, mənim Azərbaycana səfərim, Hökumətlərarası Birgə Komissiyanın iclası, eləcə də Azərbaycanın təbii qazının alınmasına dair sazişin imzalanması bu sıradadır.

Mən vurğuladım ki, Rusiyanın Ukraynada SOCAR-a məxsus mülki obyektlərə, həmçinin “Orlivka” qazölçmə stansiyasına endirdiyi zərbələr qəsdən edilmiş və qəbuledilməzdir. Prezident İlham Əliyevin Ukraynaya əlavə humanitar yardım göstərmək barədə qəbul etdiyi qərara görə xüsusi minnətdarlığımı ifadə etdim. 

Biz, eyni zamanda, ali səviyyədə gələcək təmasları və ikitərəfli dialoqumuzun davam etdirilməsini müzakirə etdik.”

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux