Aşpazliq diplomatiyasi
06 Sentyabr 2020 13:28

Keçən il biz #SəfirləÇay #pozitivlə adı altında bir sıra müsabiqə keçirdik. Bu müsabiqələr Ukraynanın Azərbaycanda tanınması və onun müsbət imicinin təsdiqlənməsi üçün gözəl meydançaya çevrilmişdir.

İl ərzində bu təşəbbüs ayrı-ayrı sərbəst layihələrə qədər yüksəlmişdir ki, həmin layihələr Səfirlik və AR-da Ukrayna qadın biznes-klubu, ictimai təşəbbüs qrupları və sairləri ilə birgə uğurla həyata keçirilməyə davam edir.

Həmçinin, yolunu sosial şəbəkələrdəki "virtual cəmiyyətin" iştirakçısı kimi başlayaraq, dövlətlərimiz arasında dost münasibətlərinin fəal inkişafına təsir edən, diplomatik müəssisəmizin əziz qonağına, icmamızın "bəzəyinə" və onun vizit kartına çevrilmiş, Ukrayna və Azərbaycan sevdalıları olan, pozitiv və kreativ Səfirlik Dostlarının sayı da artır.

Diplomatiyanın perspektivli və maraqlı vasitələrindən biri də Ukraynalılar və Azərbaycanlıların mədəniyyət və ənənənlərinin yayılması elementi kimi aşpazlıq diplomatiyası ola bilər.

Klubumuza daxil olmaq istəyən hər kəsi #AŞPAZLIQDİPLOMATİYASI müsabiqəsinə qoşulmağa dəvət edirik:

Müsabiqənin şərtləri:

1. Ukrayna və Azərbaycan mətbəxinə aid yeməyin QISA təqdimatını (foto, video-materiallar daxil etməklə) hazırlamaq, eləcə də təqdim edilən yeməklərlə bağlı Ukrayna və Azərbaycan xalqlarına aid faktlar, yeməyin tarixi, adətlər, orijinal və ya qədim reseptlər təqdim etmək.

2. Xalqlarımızın mətbəxi, ənənələri, adətləri arasında bizi birləşdirən birgə elementlərin göstərilməsi müsabiqədə qalib gəlmək üçün vacib şərtdir.

3. Müsabiqə iştirakçıları (Ukrayna və Azərbaycan vətəndaşları) Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin FACEBOOK səhifəsinə abunə olmalıdır.

4. Müsabiqənin əsas qalibi ayrıca seçiləcək. Müvafiq nominasiyaların qalibləri Bakı şəhərində yerləşən Ukrayna restoranların birində öz yeməyini təqdim edəcək (hazırlayacaq). Təqdimat nəticələrinə əsasən peşəkar münsiflər tərəfindən əsas qalib seçiləcək.

5. Müsabiqənin nəticələrinə əsasən, qalibləri hədiyyələr, əsas qalibi isə gğzlənilməz XOŞ sürpriz gözləyəcək.

Bu təşəbbüsün həyata keçirilməsinə dair konkret ideya və təkliflərlə 5 oktyabr 2020-ci ilə qədər [email protected] e-mail ünvanına müraciət etməyinizi xahiş edirik.

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux