Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 28.09.2020-ci ilə qədər Ukraynaya girişi qaydalarına dair
12 Sentyabr 2020 11:16

Bildiririk ki, 08.09.2020-ci il tarixində Ukrayna Nazirlər Kabinetinin 02.09.2020-ci il tarixli, №791 “Ukrayna Nazirlər Kabinetinin 22 iyul 2020-ci il tarixli, №641 qətnaməsinin 10-1 –ci bəndinə dəyişikliklərin edilməsi haqqında” qətnaməsi elan edilmişdir. 

Qeyd olunan hökumət qətnaməsi ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 28.09.2020-ci il tarixinədək Ukraynaya gedişinə dair bəzi aspektlər müəyyənləşib. 

Karantin qüvvədə olduğu müddətdə 28.09.2020-ci il saat 00:00-a qədər aşağıda qeyd olunan şəxslərdən başqa digər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Ukraynaya girişi qadağan edilir. 

Aşağıdakı şəxslərə Ukraynaya səfər etməyə icazə verilir: 

1) Ukrayna vətəndaşı olan şəxsin həyat yoldaşı, valideyni, uşağı, babası və ya nənəsi; 

2)ali təhsil müəssisəsində təhsil almaq məqsədilə Ukraynaya səfər edən şəxslər; 

3) Silahlı Qüvvələrdə hərbi xidmət keçən şəxslər; 

4) Ukraynada daimi və ya müvəqqəti yaşayan şəxslər, Ukraynada daimi və ya müvəqqəti yaşamağa icazəsi olan şəxslər; 

5) qaçqın kimi tanınmış əlavə müdafiəyə ehtiyacı olan şəxslər;

6) əcnəbi və ya vətəndaşı olmayan şəxslərin əməyindən istifadə etməyə icazəsi olan şəxslər; 

7) Ukraynada akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluq müəssisələrinin, rəsmi beynəlxalq missiyaların, təşkilatların nümayəndələri və onların ailə üzvləri; 

8) Ukrayna Prezidenti, Ukrayna Ali Radası, Ukrayna Nazirlər Kabineti, Ukrayna Prezidentinin Ofisi, Xarici İşlər Nazirliyinin dəvəti ilə Ukraynaya səfər edən xarici dövlətlərin rəsmi nümayəndə heyətlərinin başçıları və üzvləri, beynəlxalq təşkilatların əməkdaşları, eləcə də onları müşayiət edən şəxslər; 

9) Xarici işlər nazirliyinin dəvəti ilə Ukraynaya səfər edən şəxslər; 

10) daimi daşımaları həyata keçirən yük nəqliyyat vasitələrinin, avtobusların sürücüləri və/və ya ekipaj üzvləri, hava, dəniz və çay gəmilərinin ekipaj üzvləri, qatar və lokomotiv briqadaların ekipaj üzvləri;

11) Silahlı Qüvvələrinin bölmələrinin hazırlığı üzrə tədbirlərdə iştirak edən və ya Müdafiə Nazirliyinin dəvəti ilə səfər edən NATO üzv-dövlətlərinin və NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçı-dövlətlərinin silahlı qüvvələrinin təlimatçıları;

12) mədəniyyət müəssisəsinin dəvəti ilə onları müşayiət edəcək şəxslə səfər edən mədəniyyət xadimləri; 

13) Ukrayna ərazisində keçirilən rəsmi idman yarışların iştirak etmək üçün səfər edən şəxslər və onları müşayiət edən şəxslər; 

14) Ukrayna müəssislərinin nümayəndələrinin dəvəti ilə Ukraynaya səfər edən texniki mütəxəssislər; 

15) transplantasiya üçün hematopoetik kök hüceyrələrin daşınmasını həyata keçirən şəxslər;

16) Ukraynanın səhiyyə müəssələrinə müalicəyə gələn şəxslər.

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux