Ukraynaya dəstək məqsədi daşıyan intellektual oyunlar artıq Azərbaycanda yaxşı ənənəyə çevrilib!
Heç bilirdinizmi ki, Zakarpatye kəndində Lenin küçəsi Con Lennonun şərəfinə adlandırılıb? Krım tatarlarının "Biyuk Lambat" və "Kuçuk Lambat" yaşayış məntəqələrinin yerində illər əvvəl nə yerləşirdi? 2004 və 2017-ci illərdə Ukraynanın "Eurovision" şüarları nə idi?
Bu və digər sualların cavablarını Handicraft Baku və Stock-un dəstəyi ilə “Bizimkilər festivalı” Yeni il yarmarkası çərçivəsində keçirilən növbəti “Şəkərbura Şou” intellektual oyunu zamanı əldə etmək olardı.
Maraqlıdır ki, sualların əksəriyyəti tematik olub və Ukrayna və Azərbaycan xalqlarının zəngin tarixi-mədəni irsini əhatə edib.
Oyun tədbirinin nəticələrinə görə, yaxın vaxtlarda Rusiya-Ukrayna müharibəsi nəticəsində zərər çəkmiş Ukrayna uşaqlarına, eləcə də azərbaycanlı şəhid övladlarına yardıma yönəldiləcək xeyli miqdarda vəsait toplamaq mümkün olub.
Zəkanın və səmimi xeyirxah ürəyin ahəngdar birləşməsi getdikcə daha çox maraqlanan şəxs cəlb edir! Bu dəfə oyuna “Azovstal” komandası ilə yanaşı, bir çox yeni Ukrayna komandaları, xüsusən də Sumqayıt ş İ.Franko adına Ukrayna icması, eləcə də “Roman ilə Şuxeviç” komandası qoşulub.
Tədbirin təşkilinə və keçirilməsinə görə Azərbaycanın tanınmış biliciləri Rövşən Əsgərova və Roman Orkodaşviliyə, Handicraft komandasına, eləcə də bütün Azərbaycan ictimaiyyətinə xüsusi təşəkkür sözlərini bildiririk!

















