5 yanvar 2023-cü il tarixində Kremldə elan edilmiş “Milad barışığı” RF prezidentinin mətbuat xidmətinin Moskvanın yalnız öz şərtləri əsasında sülh danışıqlarına razı olması ilə bağlı son bəyanatlarından sonra açıq-aydın manipulyasiya kimi görünür.
Çətin ki, Putinin birdən-birə sülh göyərçininə çevrilmək cəhdini kimsə ciddi qəbul etsin, xüsusən də xatırladaq ki, məhz ötən il pravoslav Pasxasında RF silahlı qüvvələri Ukraynanın Odessa şəhərinə kütləvi raket zərbələri endirib, nəticədə dinc sakinlər həlak olmuş Pravoslav kilsəsi raket parçaları ilə zədələnmişdir.
Əslində, Rusiyanın hərbi-iqtisadi potensialının tükənməsi Kreml rejimini nəyin bahasına olursa olsun, nəfəs dərmək və qoşunlarını yenidən qruplaşdırmaq üçün operativ fasilə götürməyə, bundan sonra yeni qüvvə ilə Ukraynaya qarşı tammiqyaslı hərbi təcavüzü davam etməyə vadar edir.
Bunun fonunda dünya ictimaiyyəti tərəfindən Ukrayna Prezidenti Volodimir Zelenskinin on bənddən ibarət “Sülh Düsturu” adlı təşəbbüsü fəal şəkildə müzakirə olunur:
1.Radiasiya və nüvə təhlükəsizliyi - Rusiya rəhbərliyi nüvə silahından mümkün istifadə ilə şantaj etməyi dayandırmalı, həmçinin bütün qoşunlarını Zaporojye AES-in ərazisindən dərhal çıxarmalı və onu MAQATE və Ukrayna heyətinin nəzarəti altına verməlidir.
2.Ərzaq təhlükəsizliyi - ehtiyacı olan ölkələrə Ukrayna taxıl tədarükü coğrafiyasının təhlükəsiz və maneəsiz genişləndirilməsini təmin etmək üçün tədbirlər kompleksinin qəbul edilməsi. Kremli dünyanı aclıqla şantaj etməyi dayandırmağa məcbur etmək.
3.Enerji təhlükəsizliyi - Rusiyanın enerji faktorundan Ukraynaya və bütövlükdə Avropaya qarşı hibrid təcavüz aləti kimi istifadə etməkdən imtina etməsinə nail olmaq.
4.Bütün əsirlərin və deportasiya edilmiş vətəndaşların azad edilməsi.
5.BMT Nizamnaməsinin yerinə yetirilməsi və Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpa olunması – Rusiyanın BMT Baş Assambleyasının müvafiq qətnamələrinə və mövcud beynəlxalq hüquqi qüvvəyə malik sənədlərə əməl etməsi.
6.Rusiya qoşunlarının çıxarılması və hərbi əməliyyatların dayandırılması - təcavüzkar bütün qoşunlarını və silahlı birləşmələrini Ukrayna ərazisindən (1991-ci ildən Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində) çıxarmalıdır.
7.Ədalətin bərpa olunması - suveren dövlətə qarşı təcavüz cinayəti törətmiş Rusiyanın siyasi və hərbi rəhbərliyi cavab verməlidir. Rusiya bu müharibənin vurduğu bütün zərəri ödəməlidir.
8.Ekosidlə mübarizə müasir dünya üçün çağırışa çevrilmiş müharibənin yaratdığı ekoloji təhlükələrin birgə aradan qaldırılmasıdır.
9.Eskalasiyaya yol verməmək- Ukraynanın effektiv təhlükəsizlik zəmanətlərinə ehtiyacı var.
10.Müharibənin başa çatmasının fiksasiyası - tərəflərin imzaladığı rəsmi sənəd. Bu, yuxarıda göstərilən bütün müharibə əleyhinə tədbirlər həyata keçirildikdən, təhlükəsizlik və ədalət bərpa olunmağa başlayandan sonra mümkün olacaq.
Əminəm ki, biz birgə səylərlə çoxdan gözlənilən və uzunmüddətli sülhün həqiqi şəkildə bərqərar olmasına nail olacağıq.