Oktyabrın 14-də Ukrayna öz döyüşçülərinin əsas bayramını - Müdafiəçilər Gününü qeyd edir! Bu tarix Ukrayna ordusunun şərəfləndirilməsinin tarixi ənənələri nəzərə alınmaqla seçilmişdir, çünki bu gün Ukrayna Kazaklarının Günü və kazakların səmavi şəfaətçisi və himayədarı hesab etdikləri Müqəddəs Tanrı Anasının şəfaəti günüdür.
Yüz minlərlə ukraynalı kişi və qadının ölkəmizi rus işğalçılarından müdafiə etdiyi bir vaxtda bu bayram Ukrayna xalqı üçün müqəddəs əhəmiyyət kəsb edir.
Azərbaycanda yaşayan ukraynalı uşaqlar müdafiəçilərimizə öz hədiyyələrini hazırlayaraq “Ukrayna qəhrəmanlarının bayramını təbrik et” müsabiqəsində iştirak ediblər.
Tezliklə uşaqların səmimi qəlbdən hazırladıqları rəngarəng rəsmlər, əl işləri və məktublar Ukrayna qəhrəmanlarına - “Azovstal”-ın müdafiəçilərinə çatdırılacaq.
Dövlətin ərazi bütövlüyünü müdafiə edən döyüşçülərimizə təşəkkür edirik! Bu gün biz, həmçinin, Ukraynanın azad, müstəqil və suveren olması üçün canlarından keçmiş vətənpərvərlərin xatirəsini ehtiramla yad edirik!
Sumqayıt şəhər İ.Franko adına Ukrayna icmasının gənc nümayəndələrinə, eləcə də Azərbaycanın bütün balaca ukraynalılarına müsabiqədə iştirak etdiklərinə görə təşəkkür edirik!
Ukraynanın Müdafiəçiləri Günü münasibətilə sizi təbrik edirik! Yaşasın Ukrayna!

