29 avqust Vətənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş Ukrayna Müdafiəçilərinin Anım Günüdür.
29 avqust - İlovaisk qazanının səkkizinci ildönümüdür. ATO qüvvələrinin İlovaisk şəhəri yaxınlığındakı mühasirədən çıxarılması zamanı Rusiya rəhbərliyi əldə edilmiş razılaşmaları pozdu və düşmən silahlı qüvvələri Ukraynanın bir kolonnasını ağır silahlardan yaxın məsafədən atəşə tutdu.
Həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad etmək məqsədilə Azərbaycanın Ukrayna icmasının, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri və azərbaycanlı dostlarımız “Mən əsgərləri yad edirəm, Ukrayna qəhrəmanları üçün qaçıram” dünya marafonuna qoşulublar.
Marafon yarışının iştirakçıları həlak olmuş Ukrayna əsgərlərinin, o cümlədən Azərbaycan əsilli əsgərlərin adları yazılmış nömrələrlə qaçıblar.
Triterra Baku Triathlon Club, Oleksandr Mordasov, Reshad Mamedov, eləcə də qaçışın bütün iştirakçılarına təşəkkür edirik! Yaşasın Ukrayna!











