Kulinariya diplomatiyası soft power ən təsirli alətlərindən biridir.
Builki "Ukrainian Food Week" tədbiri hər biri Ukrayna milli mətbəxinin zəngin müxtəlifliyini əks etdirən yarım mindən çox Ukrayna yeməklərinin sadə azərbaycanlılar tərəfindən təqdimatıdır. Burada Zakarpatye banoşları, ənənəvi Poltava qaluşkası, Lvov sırniki, Ukraynanın cənubundan balıq yeməkləri, eləcə də qədim reseptlər üzrə hazırlanmış Ukrayna mətbəxinin az tanınan xörəkləri - vergunı, benderiki, rıplyanka, solojenik, vareniki və s. təqdim olunub.
Ukrainian Food Week həm də uzun müddətdir Azərbaycanda Ukrayna kulinariya ənənələrinin təbliğinə töhfə verənlərə: bir çox kulinariya tədbirlərinin təşkilatçısı və təşəbbüskarı olan Fəxrəndə Həsənzadəyə; Oleksiy Kuçmenko və Tetyana Parfenyukun simasında "Mama Nakormıla" Ukrayna mətbəxi restoranına təşəkkür etmək üçün əla fürsətdir.
Ayrıca olaraq Ukrainian Center, Ukraynanın Fəxri konsulu Mehrəli Qasımova, eləcə də tədbirin sponsorları Hillside, MaxPrint, Mondelez, Atena və City Park təşəkkür edirik.



























































