Azərbaycandan Ukraynaya enerji avadanlığının növbəti partiyası yola salınır — müxtəlif gücə malik 31 generator və 2 avtomatik ehtiyat qoşulma sistemi
20 Fevral 2026 20:50

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlanmasının ildönümü ərəfəsində Azərbaycandan Ukraynaya növbəti enerji avadanlıqları partiyası yola salınır — müxtəlif gücə malik 31 generator və 2 ədəd avtomatik ehtiyat qoşulma sistemi.


Avadanlıqlar Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bölmələrinin, xəstəxanaların və Rusiya hücumlarından zərər çəkmiş regionların ehtiyacları üçün təhvil veriləcək.


Göndərişdən əvvəl Ukraynanın səfiri Yuriy Husyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə ilə görüşmüş və Azərbaycana, eləcə də bu mühüm və son dərəcə zəruri təşəbbüsə töhfə verən hər kəsə təşəkkürünü ifadə etmişdir.


Bu yardım Azərbaycan şirkətlərinin və vətəndaşlarının, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin, eləcə də tərəfdaş ölkələrin diplomatlarının dəstəyi sayəsində mümkün olmuşdur.


Bu enerji avadanlıqlarının göndərilməsi Ukraynanın xarici işlər naziri Andriy Sıbiha tərəfindən başladılmış “Ukrayna üçün istilik” — #WarmthforUkraine qlobal təşəbbüsü çərçivəsində həyata keçirilir.


Bu, sadəcə texnika deyil. Bu, xəstəxanalarda işıqdır.
Bu, Ukrayna ailələrinin evlərində istilikdir.
Bu, xilasedicilərin operativ reaksiya verməsi və həyati vacib infrastrukturun bərpası imkanıdır.


Birlikdə — daha isti.
Birlikdə — daha güclüyük.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux