Ukraynanın Əsas qanununun 1996-cı ildə qəbul edilməsi dövlətimizin tarixində vacib mərhələ olmuşdur. Məhz bu sənəd Ukrayna cəmiyyətində gələcək iqtisadi, sosial və mənəvi dəyişikliklərin əsasını qoydu.
Qəbul edilmiş Konstitusiya dövlətimizin demokratiyasının, müstəqilliyinin və bütövlüyünün qarantı oldu və insanı, onun hüquq və azadlıqlarını ən yüksək dəyər elan etdi, cəmiyyətimizdə sülh və harmoniya üçün möhkəm təməl qoydu.
Onun ali hüquqi gücü, hüququn aliliyi, habelə 2019-cu ildə bərkidilmiş Avropa İttifaqı və NATO inteqrasiyası strateji kursu həm bu günün, həm də Ukrayna xalqının gələcəyini quran fundamental prinsiplərimizdir.
Bu gün Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi, Ukrayna Konstitusiyası Günü və Krım Tatar Bayrağı Gününü qeyd edərək, Azərbaycandakı Ukrayna icmasının fəal üzvləri üçün Ukrayna Konstitusiyası və Ukraynanın yerli xalqı olan Krım tatar xalqının mədəniyyəti və tarixi mövzusunda maraqlı bir viktorina keçirdi. Qaliblərə Səfirlik tərəfindən hədiyyələr verildi.
Bütün Ukraynalıları bu vacib dövlət bayramı münasibətilə ürəkdən təbrik edirik! Ukraynanın Kostitusiya Günü mübarək!