Ukrayna və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq yeni səviyyəyə çıxır!
24-25 iyun tarixlərində Ukraynanın Ticarət-Sənaye Palatasının Prezidenti G.Çıjıkovun başçılığı ilə Ukrayna sahibkarlarının Azərbaycan Respublikasına səfəri baş tutub.
Hər iki ölkənin dövlət institutları və biznesləri arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün əlavə meydança olan Ukrayna – Azərbaycan İşgüzar şurasının birinci birgə iclasının keçirilməsi səfərin əsas elementi olmuşdur. Yeni yaradılmış mexanizmin əsas məqsədi iqtisadiyyat sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığının energetika, tikinti, maşınqayırma, kimya sənayesi, IT-texnologiyaları, logistika və turizm kimi əsas istiqamətlər üzrə effektiv əlaqələrin qurulmasından ibarətdir.
Səfər çərçivəsində Azərbaycanın biznes assosiasiyaları və dövlət orqanlarının nümayəndələri ilə görüşlər keçirilib, habelə Ukrayna və Azərbaycan sahibkarları “Ukrayna Ticarət Evi” MMC tərəfindən AR həyata keçirilmiş “Güzdək” inteqral logistika mərkəzini ziyarət edib.

















