Mağazada Azərbaycanda hər zaman təlabat olan Ukrayna istehsalçılarının məhsullarından ibarət stend var. Çünki Ukrayna məhsullarının yüksək keyfiyyəti azərbaycanlı istehlakçılara yaxşı məlumdur.
“Qızıl Supermarket” həm də müvəqqəti ukraynalı köçkünlərin ilkin ehtiyac malları şəklində xeyriyyə yardımı aldıqları yerdir. Ukrayna xalqı ilə əməkdaşlığınıza və həmrəyliyinizə görə təşəkkür edirik!
Ukrayna mallarının Azərbaycanda çeşidini daha da genişləndirməyi planlaşdırırıq.


