Ukraynanın Ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svitlana Qrinçuk və Azərbaycanın Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əməkdaşlıq haqqında Memorandum imzalayıblar.
24 Noyabr 2024 13:27

BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər naziri, COP29-da Ukrayna nümayəndə heyətinin rəhbəri Svitlana Qrinçuk və Azərbaycanın Ekologiya və Təbii sərvətlər Naziri Muxtar Babayev Əməkdaşlıq Memorandumu imzalayıblar.


Bu Memorandum ölkələr arasında əməkdaşlığın və COP29-a hazırlıq zamanı irəli sürülən təşəbbüslərin inkişafının məntiqi davamıdır.
Əldə edilmiş razılaşmaların həyata keçirilməsi və Memorandumun icrası çərçivəsində tərəflər ekoloji texnologiyaların inkişafı, tullantıların idarə edilməsi, biomüxtəlifliyin qorunması, təbii parkların inkişafı, çirklənmiş ərazilərin bərpası və çirklənmənin qarşısının alınmasına diqqət yetirəcəklər.


Ukrayna ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə, o cümlədən Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən göstərilən humanitar yardıma, xüsusən də Ukrayna ərazilərinin humanitar minalardan təmizlənməsində göatərilən yardıma görə Azərbaycana minnətdardır.
Həm də müharibədən əziyyət çəkən ukraynalı uşaqlara dəstək üçün minnətdardır. 2022-ci ildən Azərbaycanda 200-dən çox uşaq reabilitasiya kursu keçərək sosial və psixoloji dəstək alıb. Bu barədə Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Yuriy Husev məlumat verib.


Ukrayna nümayəndə heyəti məhsuldar dialoqa görə Nazir Muxtar Babayevə təşəkkür edib və COP29-un yüksək səviyyədə hazırlanmasını və keçirilməsini qeyd edib.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux