Müstəqillik Günün mübarək, Ukrayna!
24 Avqust 2021 10:09

23-24 avqust tarixlərində Ukrayna Səfirliyi Ukraynanın DövlətBayrağı Gününü və Ukraynanın Müstəqillik Gününü qeyd etdi.Dövlət Bayrağı müqəddəsdirşəxsiyyətimizingenetikkodumuzun bir hissəsidirUkraynaya sevgi ilə, xalqımızın keçmişinə hörmətlə biz azaddemokratik Ukraynanın rəmzi olanmavi və sarı bayrağı ucaldırıqTarixi nailiyyətləri dövründə o, Ukrayna xalqının fəth edilməmiş və güclü ruhunun təcəssümüoldu. Bu bayraq hərbçilərimizlə birgə İlovayskda, Debaltsevoda, Saur-Mogildə sınaqlardan keçdi və mütləq şəkildə Ukraynanın Krım və Donbasdakı torpaqlarına geri dönəcəkdir. 

Ukraynanın Azərbaycan Respublikasının Səfiri Vladyslav Kanevskyi Ukraynanın Müstəqilliyinin 30 -cu ildönümü münasibətilə etdiyi çıxışında bütün dünyada ukraynalıları birləşdirən, bizi yeni nailiyyətlərə ruhlandıran və gələcəyə dair qürur və əminkil hissi yaradan gün münasibətilə təbrik etdi. Şübhəsiz ki, bu gün Ukraynanın Müstəqillik Günüdür! 

Bu, dövlətçilik uğrunda mübarizə aparan atalarımızın xatirəsinin, eləcə də sabah haqqında, gələcək nəsillər haqqında, tarix qarşısında məsuliyyətimiz barədə düşünməli olduğumuz bir gündür. Axı biz Ukraynanın Müstəqilliyinin 30 illiyini xarici silahlı təcavüz şəraitində, Vətən müdafiəçilərinin qanı axanda qeyd edirik. Xalqımızın ayrılmaz, müstəqil və firavan bir Avropa dövlətində ləyaqətli həyat arzusunun qiyməti budur.

Bu gün, heç olmadığı kimi, bu bayram hər birimizə yüksək tələblər qoyur, özümüz, ölkəmiz, gələcək nəsillər qarşısındaxüsusi məsuliyyət daşımağa təşviq edir, çünki bu, müasir Ukraynanın ən çətin dövrüdür.

Unutmayın ki, "Ukrayna" adlanan böyük bir ev tikirik, burada hamı özünü ümümi Ukraynalı, böyük bir ailənin tam üzvü kimi hiss etməlidir.

Bayrağımızı və bunun üçün canını qurban verənləri şərəflə anırıq, milli bayramınızı təbrik edir, Ukraynanın rifahı naminəuğurlar, ilham, yeni nailiyyətlər arzulayırıq!

Yaşasın Ukrayna!


Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux