29 avqust tarixində Ukraynanın Azərbaycandakı Səfirliyində Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə həlak olmuş müdafiəçilərin Anım gününə həsr edilmiş tədbir keçirilib.
Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Vladyslav Kanevskyi çıxışında qeyd etdi ki, 29 avqust 2014 -cüildə ATO qüvvələrinin İlovaysk yaxınlığındakı mühasirədən çıxarılması zamanı Rusiya rəhbərliyi razılaşmaları pozdu və düşmən silahlı qüvvələri Ukrayna hərbçilərindən ibarət dəstəni güllələri. Bu cür xəyanətkar cinayətlər beynəlxalq humanitar hüquq tərəfindən hərbi cinayət kimi qiymətləndirilir. O zaman366 Ukrayna əsgəri öldürüldü, 429 yaralandı, 158 itkin düşdü, 300 əsir götürüldü.
Müdafiəçilərimiz üçün ölümcül olan "yaşıl dəhliz" günəbaxan tarlalarından keçirdi. Düşmənə qarşı mübarizədə yüzlərlə ukraynalı öz həyatlarını azadlıq qurbangahında qurban verdilər və Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak oldular. Buna görə günəbaxan çiçəyi Ukrayna Müdafiəçilərinin Anım Gününün rəmzi oldu.
Yeni, canlanan Ukrayna uğrunda həyatlarını verən ukraynalı əsgərlər milyonlarla ukraynalı üçün ləyaqət və təqlid simvoluna çevrilib. Onların xatirəsi irəliləməyimizə imkan verir, Rusiya təcavüzünə qarşı mübarizəyə ruhlandırır və dövlətimizi qurmağa imkan yaradır.
Qəhrəmanlar Əbədi Yaşasın!
Qəhrəmanlar ölməzdir!