Mayın 8-də Ukraynanın AR-dakı Səfiri Y. Husyevin AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti M.Q.Musayev ilə görüşü baş tutmuşdur. Söhbət zamanı əməkdaşlığın genişləndirilməsi, ixrac-idxal əməliyyatlarının daha da artırılması üçün birgə tədbirlərin keçirilməsi imkanları müzakirə olunub. Ukrayna və Azərbaycan iş adamlarının bütün sahələrdə işgüzar əməkdaşlığın bərpasına və intensivləşdirilməsinə yüksək marağı vurğulanıb.