“Regionda infrastruktur və sosial layihələrin həyata keçirilməsinin miqyası və tempi, həmçinin yeni iş yerlərinin və istehsal imkanlarının yaradılması heyranedicidir. Bu, Rusiya işğalından zərər çəkmiş şəhər və ərazilərin bərpası məsələlərində Ukrayna üçün dəyərli praktiki təcrübədir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana son səfərinin, həmçinin onun Azərbaycan Prezidenti İlham Əliyev ilə apardığı danışıqlar və əldə olunan razılaşmaların nəticələrinə əsasən, ölkələrimiz arasında strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı aydın baxış formalaşıb.
Bu gün regiona səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə bərpa, regional inkişaf və Ukrayna-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi istiqamətində konkret addımlar barədə fikir mübadiləsi apardıq.
Azərbaycan Respublikasının Ukraynaya göstərdiyi ardıcıl dəstəyə və həmrəyliyə görə təşəkkürümü bildirdim”, — deyə Ukraynanın səfiri Yuriy Husyev qeyd edib.