Bu gün Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Vladislav Kanevskiy, həyat yoldaşı Lyudmila Hrebeniçenko və Səfirliyin əməkdaşları talassemiya xəstəsi olan Azərbaycanlı uşaqlar üçün qan veriblər. Eyni zamanda, yardımın davam etdirilməsinin vacibliyini diqqətə alaraq, diplomatik challenge Azərbaycan Respublikasında akkreditə olunmuş Səfirliklər arasında yayılmasına qərar verilmişdir və bununla əlaqədar olaraq estafeti Türkiyənin Azərbaycan Respublikasındakı Səfirliyinə ötürürük.