Ukrayna Prezidenti Vladimir Zelenskiy Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
Ukrayna dövlətinin Başçısı koronavirusun yayılmasına qarşı mübarizə və insanların sağlamlığının qorunması məqsədilə Ukraynanın həyata keçirdiyi tədbirlər haqqında həmsğhbətinə məlumat verib.
Vladimir Zelenskiy Ukraynalıların evakuasiyası məsələsində Azərbaycan tərəfindən göstərilən yardıma görə İlham Əliyevə təşəkkür edib.
Həmçinin, o, Azərbaycan investorları və böyük biznesin çətin vəziyyətə baxmayaraq, Ukraynada fəaliyyətini davam etdirdiyinə və vacib layihələri həyata keçirdiklərinə görə minnətdarlığını bildirib.
Prezidentlər koronavirus pandemiyasının və onun nəticələrinin aradan qaldırılması məsələsində davamlı olaraq səylərin birləşdirilməsi və yardımın göstərilməsi barədə razılaşıblar.