Ukrayna Prezidenti Volodimir Zelenski:
12 Avqust 2025 13:56

Ukraynalılar özünə aid olanı qoruyurlar. Hətta Rusiya tərəfində olanlar belə, onun pislik etdiyini bilirlər. Əlbəttə, biz Rusiyaya etdiyi işlərə görə mükafat verməyəcəyik. Ukrayna xalqı sülhə layiqdir. Ancaq bütün tərəfdaşlar anlamalıdır ki, əsl, ləyaqətli sülh nə deməkdir. Bu müharibə bitməlidir və onu bitirməli olan Rusiyadır. Çünki müharibəni başlayan da, onu uzadan da Rusiyadır – heç bir müddətə, heç bir son tarixə məhəl qoymadan. Problem də məhz bundadır, başqa heç nədə.
Ukraynanın ərazi məsələsinə cavab artıq Ukrayna Konstitusiyasında var. Bu mövqedən heç kim geri çəkilməyəcək və çəkilə bilməz. Ukraynalılar öz torpaqlarını işğalçıya bağışlamayacaqlar.


Ukrayna sülh gətirə biləcək real qərarlara hazırdır. Əleyhimizə olan, Ukraynasız qəbul edilən istənilən qərar – eyni zamanda həm bizə, həm də sülhə qarşı qərardır. Onlar heç nə verməyəcək. Bunlar ölü qərarlardır, heç vaxt işləməyəcək. Bizim hamımızın isə ehtiyacı olan – insanların hörmət edəcəyi real, canlı sülhdür. Biz Prezident Tramp ilə, bütün tərəfdaşlarla birlikdə, real və ən əsası – uzunmüddətli sülh üçün işləməyə hazırıq. Elə bir sülh ki, Moskvanın istəyi ilə dağılmasın.


Bütün xalqımıza təşəkkür edirəm ki, birlikdəyik. Ukrayna var! Bütün döyüşçülərimizə təşəkkür edirəm ki, müstəqilliyimizi qoruduq. Möhkəm durun! Bu bizim torpağımızdır, biz – Ukraynayıq. Yaşasın Ukrayna!


https://www.facebook.com/zelenskyy.official/videos/1946510809515044?locale=ru_RU

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux