Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım.
Xalqımıza göstərilən dəstəyə və həmrəyliyə görə təşəkkürümü bildirirəm. Bu gecə ruslar ukraynalılara qarşı yüzlərlə dron, raket, o cümlədən ballistik silahlar tətbiq ediblər. Təəssüf ki, dağıntılar və zərər çəkən obyektlər var, Azərbaycan Səfirliyi də zədələnib. Cənab Prezident bu hücumu qınadı və vurğuladı ki, ruslar artıq bir neçə dəfə həm Səfirliyin binasını, həm də Azərbaycanla əlaqəli digər obyektləri hədəfə alıblar.
Həmçinin ikitərəfli münasibətlərimiz və tərəfdaşlığın inkişafı barədə də danışdıq. İkitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə həqiqətən də “yaşıl işıq” var. Yaxşı potensial mövcuddur və biz onu reallaşdıracağıq. Təşəkkür edirəm!