Ukraynanın Azərbaycandakı Səfirliyi Bakıda yerləşən Ukrayna Mərkəzində Ukraynanın UNESCO Dünya İrsi obyektlərinə həsr olunmuş xüsusi sərgini təqdim etdi
17 Noyabr 2025 13:47

YUNESKO-nun təsis edilməsinin 80 illiyi münasibətilə, Ukraynanın Azərbaycandakı Səfirliyi Bakıda fəaliyyət göstərən Ukrayna Mərkəzində YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş və bu gün Rusiya aqressiyası ilə üz-üzə qalan Ukrayna obyektlərinə həsr olunmuş xüsusi sərgini təqdim etdi.


Biz Azərbaycanda akkreditə olunmuş səfirləri və diplomatik missiyaların nümayəndələrini, eləcə də azərbaycanlı dostlarımızı və tərəfdaşlarımızı salammaqdan məmnun olduq.
Sərgi, bütün bəşəriyyətin irsi hesab olunan və hazırda Rusiyanın mülki və mədəni infrastruktura qarşı məqsədyönlü hücumları nəticəsində ciddi təhlükə altında olan Ukraynanın doqquz unikal mədəni və təbii obyektinə diqqət çəkdi. Bu tədbirlə biz bu qiymətsiz abidələrin qorunması üzrə beynəlxalq dəstəyi gücləndirmək məqsədi güdürdük.


Tədbir çərçivəsində biz həmçinin ALLIES OF STEEL: “Fundraiser for Lifesaving Ground Robots” təşəbbüsünə qoşulduq. Bu təşəbbüs, Ukrayna müdafiəçilərini yaralıların təxliyəsi və mina təmizlənməsi üçün yerüstü robot sistemləri ilə təmin etməklə, cəbhədə həyatların xilas edilməsinə kömək edir.


Ukraynaya həmrəylik göstərən, dünya mədəni irsinin qorunması işinə sadiqlik nümayiş etdirən və davam edən aqressiya şəraitində insan həyatının müdafiəsinə yönəlmiş təşəbbüsləri dəstəkləyən bütün qonaqlara səmimi təşəkkürümüzü bildiririk.


Biz birlikdə mədəniyyəti qoruyuruq.
Biz birlikdə insanlığı qoruyuruq.
Biz birlikdə Ukraynanın qələbəsini yaxınlaşdırırıq.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux