2025-ci il iyulun 31-də Ukraynanın paytaxtı Kiyev şəhərində törədilmiş dəhşətli Rusiya terror aktı nəticəsində həlak olanların xatirəsini ehtiramla yad etmək məqsədilə, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi, Ukrayna Xarici İşlər Nazirliyinin tapşırığına əsasən, 2025-ci il 1 və 2 avqust tarixlərində başsağlığı üçün açıq olacaq Başsağlığı Kitabını təqdim edir.
Başsağlığınızı
[email protected] elektron poçt ünvanına göndərməklə də bildirə bilərsiniz.
Ukrayna Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, 2025-ci il avqustun 1-i səhər saatlarına olan məlumata görə, bu hücum nəticəsində 31 nəfər həlak olub, onların arasında 5 uşaq da var. 159 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.