Səfər çərçivəsində Denis Şmıqal Azərbaycan Respublikasındakı Ukraynanın Fövqəladə və Səlahiyyətli Səfiri
Yuriy Husyev birlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad ediblər.
Həmçinin Ukrayna nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmış qəhrəmanların məzarlarını ziyarət edərək Şəhidlər xiyabanına gül dəstələri qoyub.
1992-ci ildə faciəvi şəkildə həlak olmuş və ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş ukraynalı pilot Viktor Seryoginin xatirəsi də xüsusi ehtiramla anılıb.
“Ukrayna və Azərbaycan azadlığın, müstəqilliyin və öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququnun dəyərini yaxşı bilən xalqlardır. Ukraynalılar hər gün müharibənin ağrısını hiss etməyin, öz torpağı və azadlığı uğrunda mübarizə aparan ən yaxşı oğul və qızlarını itirməyin nə demək olduğunu yaxşı anlayırlar”, — deyə Denis Şmıqal bildirib.
“Tariximizin çətin dövründə Ukraynaya göstərilən həmrəyliyə və dəstəyə görə Azərbaycan rəhbərliyinə və xalqına səmimi minnətdarlığımızı bildiririk”, — deyə Ukraynanın Səfiri Yuriy Husyev vurğulayıb.