Bakıya işgüzar səfəri çərçivəsində Ukraynanın Baş nazirinin Birinci müavini – energetika naziri Denis Şmıqal Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla ikitərəfli görüş keçirib.
Ukrayna Energetika Nazirliyinin rəhbəri Azərbaycanın Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və dayanıqlılığına göstərdiyi sarsılmaz dəstəyə, eləcə də Rusiyanın genişmiqyaslı işğalının ilk günlərindən etibarən Ukraynanın enerji sektoruna verdiyi yardıma görə təşəkkür edib.
O bildirib ki, tərəfdaşlar tərəfindən təqdim olunan transformatorlar Ukraynanın enerji sisteminin dayanıqlığının qorunmasında mühüm rol oynayır, Azərbaycan qazının tədarükü isə ölkəyə 2025–2026-cı illərin son dərəcə çətin hərbi qış mövsümünü keçməyə kömək edib.
“Əməkdaşlığımızı daha da dərinləşdirəcəyik və bu, təkcə energetika sahəsi ilə məhdudlaşmayacaq. Ukrayna ilə Azərbaycan arasında tərəfdaşlıq strateji xarakter daşıyır. Bu gün əməkdaşlığımız, ilk növbədə, Cənub-Şərqi və Mərkəzi Avropada bütün istiqamətlər üzrə regional təhlükəsizliyin təmin edilməsinin vacib şərtidir”, – deyə Denis Şmıqal vurğulayıb.