Bunlar Rusiyanın davamlı atəşləri altında yaşayan uşaqlar, eləcə də hazırda hərbi xidmətdə olan hərbçilərin, hərbi əsirlərin və Ukraynanın yaralanmış müdafiəçilərinin övladlarıdır.
Azərbaycanda olduqları müddətdə uşaqlar yüksək səviyyəli psixoloji reabilitasiya və sağlamlaşdırma proqramından keçəcək, mənzərəli dağlıq ərazidə yerləşən Qəbələ şəhərində istirahət edəcəklər.
Ukraynanın səfiri
Yuriy Husyev Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Əlibala Məhərrəmzadə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov ilə birlikdə uşaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri artıq 692 ukraynalı uşaq Azərbaycan Respublikasında istirahət etmək, sağlamlığını bərpa etmək və reabilitasiya keçmək imkanı əldə edib.
Bu, çox mühüm yardım olmaqla yanaşı, Azərbaycanın Ukrayna ilə həmrəyliyinin və xüsusi humanistliyinin təzahürüdür.
Yuriy Husyev Ukraynaya göstərdiyi sarsılmaz qardaşlıq dəstəyinə, Rusiya təcavüzü səbəbindən müharibə, daimi təhlükə və gündəlik atəşlər şəraitində böyüməyə məcbur olan uşaqlarımıza göstərdiyi qayğıya görə Azərbaycan Respublikasına səmimi təşəkkürünü bildirib.
“Bu yardımı, Ukrayna və Azərbaycan xalqlarını birləşdirən möhkəm strateji tərəfdaşlığı və dostluğu yüksək qiymətləndiririk”, — deyə Ukraynanın səfiri qeyd edib.