Bu gün biz Ukraynanı, onun azadlığını, müstəqilliyini və ərazi bütövlüyünü Rusiya təcavüzündən müdafiə edən hər kəsin mərdliyini, cəsarətini və qəhrəmanlığını ehtiramla anırıq.
Bu gün Ukraynanın səfiri
Yuriy Husyev rəhbərliyi ilə Səfirliyin kollektivinin iştirakı ilə Ukraynanın Dövlət Himninin sədaları altında Ukraynanın Dövlət Bayrağının təntənəli qaldırılması mərasimi keçirilib.
Ukraynanı, xalqımızı, azadlığımızı və suverenliyimizi müdafiə edərkən həyatlarını fəda etmiş ukraynalı Qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad etdik.
Tədbir zamanı Ukraynanın həlak olmuş Müdafiəçisinin ailəsinə Ukrayna Prezidentinin dövlət təltifi — III dərəcəli “İgidliyə görə” medalı təqdim edilib.
“Biz Ukrayna naminə ən qiymətli olanı — öz həyatını fəda edənləri heç vaxt unutmayacağıq. Qəhrəmanlarımızın şücaəti Ukrayna dövlətinin tarixində və hər bir ukraynalının qəlbində əbədi yaşayacaq. Bizim borcumuz Qəhrəmanları unutmamaq və Ukraynanın azad, müstəqil və güclü olması üçün əlimizdən gələni etməkdir”, — deyə Ukraynanın səfiri Yuriy Husyev bildirib.
Ukraynanın səfiri, həmçinin ukraynalı hərbi qulluqçulara, veteranlara, həlak olmuş kişi və qadın müdafiəçilərin ailələrinə, eləcə də hər gün ədalətli sülhü yaxınlaşdıran hər kəsə səmimi minnətdarlığını ifadə edib.
Həlak olmuş Qəhrəmanların xatirəsi əbədi yaşasın!
Ukraynanın kişi və qadın müdafiəçilərinə şərəf və eşq olsun!