Bu gün Ukraynadan 18 uşaqdan ibarət yeni qrup reabilitasiya və sağlamlıq proqramı çərçivəsində Azərbaycana gəlib
14 May 2026 22:10

Bunlar fəaliyyətdə olan hərbi qulluqçuların, həlak olmuş Qəhrəmanlarımızın, eləcə də hazırda Rusiya əsirliyində olan müdafiəçilərimizin övladlarıdır. Onlar vaxtlarını dağlar, bənzərsiz təbiət, qayğı və istiliklə əhatə olunmuş füsunkar Quba şəhərində keçirəcəklər.


Bu səfər Ukrayna xarici işlər naziri Andriy Sibiha və xanımı Tetiana Sibihanın təşəbbüsü, həmçinin Ukraynalı diplomatların həyat yoldaşları assosiasiyası ilə əməkdaşlıq çərçivəsində, səxavətli xeyriyyəçilərin və himayədarların dəstəyi ilə Səfirlik tərəfindən təşkil olunub.


Bakıda yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanında uşaqları Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin komandası, həmçinin Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadə qarşılayıb.


Rusiyanın genişmiqyaslı işğalının başlanğıcından bu günədək artıq Ukraynadan olan 594 uşaq sağlamlıq və reabilitasiya proqramlarından keçib, eyni zamanda Azərbaycan qonaqpərvərliyini, dəstəyini və həmrəyliyini hiss edib.


Bu çətin dövrdə ukraynalı uşaqlara yardım edən Azərbaycan rəhbərliyinə və xalqına, bütün xeyriyyəçilərə, könüllülərə və himayədarlara səmimi təşəkkürümüzü bildiririk. Bu, xalqlarımız arasında insanlığın və dostluğun həqiqi təzahürüdür 
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux