81 il əvvəl Avropa və bütün dünya XX əsrin ən qanlı müharibəsindən sonra sülhə qovuşdu. Ukrayna üçün bu tarix yalnız qələbə deyil, həm də milyonlarla insanın həyatı bahasına ödənmiş böyük bir qiymətdir. Hər bir ukraynalı ailə həmin müharibənin itkiləri və ağrıları ilə bağlı xatirələri qoruyub saxlayır. Ukraynasız və ukraynalılarsız nasizm üzərində qələbə mümkün olmazdı.
“Bu gün Ukrayna yenidən mübarizə aparmağa məcburdur — azadlıq, müstəqillik, ləyaqət, suverenlik və ərazi bütövlüyü uğrunda. Xalqımız cinayətkar aqressiyanın və şərin yeni formasına — raşizmə qarşı dayanır.
Bu gün biz Ukrayna Səfirliyinin komandası, ukrayna icmasının nümayəndələri, həmçinin Azərbaycanın Əlillər, Veteranlar və Şəhid Ailələri İttifaqı ilə birlikdə Xatirə Divarı önünə gül dəstələri qoyduq və İkinci Dünya müharibəsi zamanı həlak olanların, eləcə də Ukrayna uğrunda canlarını fəda etmiş azərbaycanlı qəhrəmanların xatirəsini yad etdik.
İkinci Dünya müharibəsinin xatirəsi bizə xatırladır: ədalət olmadan sülh mümkün deyil, azadlıq isə qorunma tələb edir. Bu gün Ukrayna yalnız özü üçün deyil, həm də sivil dünyanın ortaq dəyərləri uğrunda mübarizə aparır.
Keçmişi xatırlayırıq.
Ədalətli sülh və müharibəsiz gələcək naminə birləşirik,” — deyə Ukraynanın səfiri
Yuriy Husyev bildirib.