Bu gün Ukraynanın Azərbaycandakı Səfirliyi komandası, Səfir Yuriy Husyevin rəhbərliyi ilə, Azərbaycanda yeni bir ukraynalı uşaq qrupunu
27 Oktyabr 2025 15:08

Bu gün Ukraynanın Azərbaycandakı Səfirliyi komandası, Səfir Yuriy Husyevin rəhbərliyi ilə, Azərbaycanda yeni bir ukraynalı uşaq qrupunu – Sumı, Kirovoqrad və Xerson vilayətlərindən olan, hər gün Rusiya terrorçu ordusunun atəşinə məruz qalan 30 oğlan və qızı qarşıladı. 🇺🇦🇦🇿
Azərbaycanlı tərəfdaşların dəstəyi sayəsində uşaqlar istirahət edəcək, sağlamlıq proqramından keçəcək və Azərbaycanın füsunkar guşələrini — Bakını, Qəbələni və Şəkini ziyarət edəcəklər. Bu şəhərlər tarixi irsi, təbiətinin gözəlliyi, təmiz havası və qonaqpərvərliyi ilə tanınır. 🌿
Ukraynalı diplomatlarla birgə uşaqları Azərbaycanın Dövlət Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur İbrahimov, eləcə də yerli KİV nümayəndələri qarşıladılar.
Ukraynanın Azərbaycandakı Səfiri Yuriy Husyev  Azərbaycan rəhbərliyinə və xalqına həmrəyliyə, dəstəyə və bu çətin zamanda ukraynalı uşaqlara göstərilən qayğıya görə təşəkkürünü bildirdi:
“Biz Azərbaycan Respublikasının yardımını və dəstəyini yüksək qiymətləndiririk. Bu dəhşətli müharibə dövründə uşaqlarımız üçün təşkil olunan sağlamlıq və reabilitasiya proqramı çox dəyərlidir və insanların qəlbində əbədi qalacaq!” 💬
Səfir həmçinin həmkarı, Moldovadakı Ukrayna Səfiri Paun Roqoveyə, Ukraynanın Moldovadakı Səfirliyi komandasına, ictimai və xeyriyyə təşkilatlarına, eləcə də bu humanitar təşəbbüsün həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkürünü ifadə etdi.
Ukraynalı uşaqlarımıza sülh dolu günlər, sevgi, qayğı və ümid bəxş edən hər kəsə səmimi təşəkkür!
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux