Diqqət! Ukrayna vətəndaşları üçün vacib məlumat — 2025-ci il oktyabrın 29-dan etibarən pasport sahəsində dəyişikliklər qüvvəyə minir
31 Oktyabr 2025 15:05

Ukrayna Hökuməti, 2022-ci ilin fevral ayında qəbul olunmuş, xarici pasportların müddətinin uzadılması və uşaqlar barədə məlumatların həmin pasportlara daxil edilməsini nəzərdə tutan müvəqqəti qaydaya dəyişikliklər təsdiqləmişdir.
Bu qərar, Rusiya Federasiyasının genişmiqyaslı işğalının beşinci günündə, Ukraynanın pasport sisteminin fəaliyyətinin dayanması və yeni pasportların verilməsinin mümkün olmaması səbəbilə qəbul edilmişdi. Buna görə istisna tədbir kimi xarici pasportların müddətinin uzadılması və uşaqlar haqqında məlumatların pasporta daxil edilməsi qaydası tətbiq olunmuşdu.
Sistemin bərpasından sonra Ukraynanın səfirlikləri və konsulluqları pasportların rəsmiləşdirilməsini yenidən həyata keçirməyə başlamışdır. Bundan əlavə, vətəndaşlar xaricdə yaradılmış “Dokument” Dövlət Müəssisəsinin filiallarında pasport sənədlərini rəsmiləşdirə bilirlər (filialların ünvanları bu keçiddə mövcuddur: https://pasport.org.ua/centers).
Dünyanın əksər ölkələrinin qanunvericiliyinə əsasən, dövlət sərhədləri yalnız etibarlılıq müddəti 10 ildən çox olmayan (adətən biometrik) pasportlarla keçilə bilər. Buna görə “uzadılmış” pasportlarla və uşaqlar barədə daxil edilmiş məlumatlarla səyahət zamanı sərhəd keçidlərində çətinliklər yarana bilər.
Xarici pasportun etibarlılıq müddəti bitən Ukrayna vətəndaşları səfirliyə, konsulluğa və ya “Dokument” Dövlət Müəssisəsinin filiallarından birinə müraciət edərək özləri və uşaqları üçün yeni biometrik xarici pasport rəsmiləşdirə bilərlər.
Ən çox verilən suallara cavablar
Qəbul edilmiş dəyişikliklər nə deməkdir?
Biz pasport sənədlərinin rəsmiləşdirilməsi sahəsində beynəlxalq standartlara və dünya təcrübəsinə qayıdırıq. Əsas tələblər bunlardır:
 1. 16 yaşdan yuxarı şəxslər üçün xarici pasportun etibarlılıq müddəti maksimum 10 ildir.
 2. 16 yaşınadək uşaqlar üçün xarici pasportun etibarlılıq müddəti maksimum 4 ildir.
 3. Hər bir vətəndaşın özünə məxsus ayrıca xarici pasportu olmalıdır.
Mən Aİ ölkələrindən birindəyəm və uzadılmış pasportla və ya uşaqlar barədə məlumat daxil edilmiş pasportla təcili Ukraynaya qayıdıram, amma sərhədçilər məni və/və ya uşaqlarımı buraxmır. Nə etməliyəm?
Ən yaxın Ukrayna səfirliyinə və ya konsulluğuna müraciət edərək Ukraynaya qayıdış şəhadətnaməsi (“ağ pasport”) ala bilərsiniz.
Ukraynaya qayıdış şəhadətnaməsi (“ağ pasport”) nə qədər vaxtda hazırlanır və neçəyə başa gəlir?
Ukraynaya qayıdış şəhadətnaməsi (Ukrayna vətəndaşlığının və şəxsiyyətin təsdiqi olduqda) müraciət olunan gün tərtib olunur.
16 yaşadək uşaqlara bu sənəd ödənişsiz verilir.
16 yaşdan yuxarı şəxslər üçün isə konsulluq rüsumlarına uyğun tariflərlə rəsmiləşdirilir.
Mən Ukraynadayam və uzadılmış pasportla və ya uşaqlar barədə məlumat daxil edilmiş pasportla Aİ ölkələrindən birinə qayıdıram, lakin sərhədçilər buraxmır. Nə etməliyəm?
Bu halda, Ukrayna ərazisindəki istənilən (qeydiyyat yerindən asılı olmayaraq) “Dokument” Dövlət Müəssisəsinin şöbəsinə, ASAN xidmət (ЦНАП) mərkəzinə və ya miqrasiya xidmətinin ərazi şöbəsinə müraciət edib yeni xarici pasport ala bilərsiniz.
Məndə uzadılmış xarici pasport var və, məsələn, ABŞ və ya Kanadadan Şengen zonasına uçmaq istəyirəm. Aviaşirkət məni təyyarəyə buraxacaqmı?
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına görə, aviadaşıyıcılar yalnız etibarlılıq müddəti 10 ildən çox olmayan (yəni uzadılmamış) pasportlarla sərnişinləri uçuşa qəbul edə bilər.
Qeyd edirik ki, Ukrayna qanunvericiliyinə əsasən, hər bir vətəndaşın iki xarici pasportu ola bilər.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux