Bu rəmzi addım Ukrayna xalqının birliyinə və krım tatarlarının öz haqları, azadlıqları və doğma torpaqlarına qayıdış uğrunda mübarizəsinə dərin hörmətin ifadəsidir.
Hər il 26 iyun Ukraynada Krım tatar bayrağı günü kimi qeyd olunur — bu bayraq Ukraynanın yerli xalqı olan krım tatarlarının milli simvoludur.
Bu bayramın tarixi XX əsrin əvvəllərinə gedib çıxır. 1917-ci ildə keçirilən ilk Krım tatar Qurultayında mavi rəngli bayraq üzərində qızılı tamğa ilə birlikdə rəsmi milli simvol kimi qəbul edilib.
Sovet totalitar rejimi dövründə həm Krım tatar, həm də Ukrayna bayraqları qadağan olunmuşdu. Hətta bu simvolları saxlamaq belə cinayət sayılırdı.
Bayrağın dirçəlişi Ukraynanın müstəqilliyi ilə birlikdə krım tatarlarının Kırım torpaqlarına kütləvi qayıdışı zamanı baş verdi. Bayraq xalqın kimliyinin və ləyaqətinin bərpasının simvoluna çevrildi.
2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra krım tatarları Ukraynapərəst mövqelərinə görə sistemli təzyiqlərə və ayrı-seçkiliyə məruz qalırlar. Onlar Kremlin qeyri-qanuni saxladığı siyasi məhbusların böyük hissəsini təşkil edirlər. İşğalçı hakimiyyət krım tatar dilinin öyrənilməsini məhdudlaşdırır, fəalları təqib edir, simvolikadan istifadə etdiklərinə görə cərimələyir və dinc aksiyalarda iştiraka görə cinayət işləri açır.
Lakin hər il 26 iyun tarixində krım tatarları və bütün ukraynalılar Krım tatar bayrağı Gününü qürur və ləyaqətlə qeyd edirlər — bu, sınmayan ruhun, tarixi yaddaşın və azadlıq uğrunda mübarizənin bayramıdır!