Ukrayna Xarici İşlər Naziri Andriy Sıbihanın tapşırığı və dəstəyi ilə Sumı vilayətindən olan bir qrup uşaq istirahət və reabilitasiya məqsədilə Azərbaycan Respublikasına gəlib
01 İyul 2025 14:32

Uşaqları hava limanında Ukrayna Səfirliyinin nümayəndələri, Ukrayna–Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Əlibala Məhhərrəmzadə, eləcə də Azərbaycan KİV-lərinin nümayəndələri səmimi qarşılayıblar.


Kiçik qonaqlar Quba şəhərindəki sanatoriyada müalicə olunacaq, həmçinin Xəzər dənizinin Novxanı sahilində istirahət edəcəklər. Onlar eyni zamanda zəngin və rəngarəng Azərbaycan mədəniyyəti ilə tanış olacaq, Ukrainian Center in Baku-ya baş çəkəcək, Azərbaycan Respublikasının görməli yerlərini və tarixi abidələrini ziyarət edəcəklər.


Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev Azərbaycan rəhbərliyinə və xalqına, həmçinin bütün xeyriyyəçilərə və mesenatlara bu çətin zamanda ukraynalı uşaqlara göstərilən dəstəyə görə dərin minnətdarlığını bildirib.


Ukraynalı uşaqların sağlamlaşdırma və reabilitasiya proqramı çərçivəsində artıq 300-dən çox uşaq Azərbaycana səfər edib. Bu layihə xalqlarımız arasında dostluğun, həmrəyliyin və dəstəyin parlaq nümunəsidir. 
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux