Görüş zamanı səfir Rusiyanın Ukraynanın dinc şəhərlərinə qarşı həyata keçirdiyi növbəti cinayət xarakterli hücumların nəticələri barədə məlumat vermişdir. Tərəflər Ukrayna–Azərbaycan strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi, mövqelərin uzlaşdırılması və qarşılıqlı dəstək məsələlərinə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa, eləcə də 2025-ci ilin yekunlarına əsasən əldə olunmuş müsbət əməkdaşlıq nəticələrinə xüsusi diqqət yetirmişlər.
Ukraynanın səfiri Yuriy Husyev Azərbaycan tərəfinə göstərilən humanitar yardıma, Ukraynaya ardıcıl dəstəyə görə təşəkkür etmiş və Azərbaycanın ali rəhbərliyinin və xalqının nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndirdiyimizi vurğulamışdır.