Kıyivdə bu atəşlər nəticəsində, hazırda mövcud olan məlumata görə, təəssüf ki, 5 mülki şəxs həlak olub, 8 mülki şəxs isə yaralanıb. Krivıy Riqdə - 10 ölü, 31 yaralı var.
Ən həyasızcasına məqam da Avropanın ən böyük və müasir uşaq xəstəxanalarından birinin – Oxmatdit Milli uşaq ixtisaslaşdırılmış xəstəxanasının Rusiya hücumlarından zərər görməsi oldu.
Rusiya Ukraynanın yaşayış binalarını, xəstəxana və teatrlarını, universitet və məktəblərini atəşə tutmaqda davam edir, təcavüzkar cinayətkar raketləri ilə enerji infrastrukturunu məhv edir, dinc günahsız uşaqları, qadınları, qocaları qətlə yetirir...
Ukraynalılar üçün bu dəhşətlər hər gün və hər gecə təkrarlanır!
İşğalçı ölkə öz əsl niyyətini bir daha nümayiş etdirdi və çox vacibdir ki, dünya bütün bunlara səssiz qalmasın və Rusiyanın nə olduğunu, nələr etdiyini hamı görsün!

