Ukraynanın Azərbaycandakı Səfiri Yuriy Husyev və Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov arasında görüş keçirilib.
Səfir Azərbaycanın Ukraynanın enerji sisteminin ehtiyacları üçün göstərdiyi humanitar yardıma görə Nazirə minnətdarlığını bildirib.
Görüş zamanı ölkələrimiz arasında enerji sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.