Bu gün Ukrayna ilk dəfə olaraq 20 noyabr — BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbulunun ildönümü və Ümumdünya Uşaqlar Günü münasibətilə Uşaqların Müdafiəsi Gününü qeyd edir
20 Noyabr 2025 22:35

Bu rəmzi gündə növbəti ukraynalı uşaqlar qrupu — 13 uşaq və onları müşayiət edən 3 nəfər — sağlamlıq və psixoloji reabilitasiya məqsədilə Azərbaycanın Quba şəhərinə gəliblər.


Bu səfər Ukraynanın xarici işlər naziri Andriy Sıbiha və onun həyat yoldaşı Tanya Sıbihanın təşəbbüsü, həmçinin “Ukrayna — Azərbaycan” parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadənin dəstəyi sayəsində mümkün olub.


Gələnlər arasında Mariupol, Xerson, Xarkov şəhərlərindən olan uşaqlar, ölkə daxilində məcburi köçkün düşmüş uşaqlar, həmçinin valideynlərini itirmiş və yarı yetim uşaqlar var. Onların arasında Sumi vilayətinin hər gün ağır raket-bomba hücumlarına məruz qalan və enerji təminatında ciddi problemlər yaşayan “Sülh Gəmisi” Uşaq Mərkəzinin tərbiyəçiləri də yer alır.


Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev vurğulayıb ki, “uşaqlar bizim gələcəyimizdir və biz onların təhlükəsizlik, sevgi və sabaha inam içində böyüməsi üçün əlimizdən gələni etməliyik”. O həmçinin Azərbaycan Respublikasının rəhbərliyinə və xalqına, eləcə də bu çətin dövrdə Ukraynanı və uşaqlarımızı dəstəkləyən bütün tərəfdaşlara dərin təşəkkürünü bildirib.


2022-ci ildən bəri artıq 472 ukraynalı uşaq, onlardan 228-i yalnız 2025-ci ildə, Azərbaycanda reabilitasiya proqramlarından yararlanaraq istirahət edib və ölkənin səmimi sevgisini, qayğısını və qonaqpərvərliyini hiss edib.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux