Azərbaycan Respublikasında Ukrayna Səfirliyində bu gün üç il əvvəl baş vermiş hadisələr xatırlandı – Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı gün.
24 Fevral 2025 16:38

Tərəfdaş ölkələrin diplomatları, Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndələri və Ukrayna icmasının üzvləri ilə birlikdə bu mübarizədə həyatını itirənlərin xatirəsi anıldı. 


“Biz 2022-ci ilin fevralında dayandıq – o zaman bəziləri deyirdi ki, Kiyev üç günə süqut edəcək. Biz indi də dayana biləcəyik – üç illik dəhşətli, qanlı müharibədən və Rusiyanın 11 illik təcavüzündən sonra. Biz birlikdə qalib gələcəyik – ədalət naminə, Avropa və dünyanın gələcəyi naminə, azadlıq və müstəqillik dəyərləri uğrunda canlarını fəda etmiş Qəhrəmanlarımız naminə.” – Ukraynanın səfiri Yuriy Husyev çıxışında vurğuladı.


Tədbir iştirakçıları müharibə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, Financial Times tərəfindən hazırlanan “Russia’s executions of Ukrainian prisoners point to systematic policy” adlı sənədli filmi izlədilər. Bu film Rusiyanın ukraynalı hərbi əsirlərə qarşı törətdiyi müharibə cinayətlərini işıqlandırır. Daha sonra iştirakçılar Səfirlikdə yerləşən Xatirə Divarına gül qoyaraq şəhid Qəhrəmanlara ehtiramlarını bildirdilər.


Ukrayna mübarizəsini davam etdirir.
Müttəfiqlərimizə və tərəfdaşlarımıza dəstəyə görə təşəkkür edirik.
Birlikdə qalib gələcəyik!
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux