İsveçrənin Bürgenstok şəhərində tarixi Birinci Sülh Sammiti keçirilib
18 İyun 2024 16:11

Sammitdə dünyanın hər yerindən - beynəlxalq təşkilatlardan və Latın Amerikası, Afrika, Avropa, Yaxın Şərq və Asiya, Sakit okean regionu, Şimali Amerika kimi dövlətlərin nümayəndələri təmsil olunub. Ümumilikdə 101 iştirakçı.

Sammitdə bütün qitələrin nümayəndələrinin iştirakı Rusiyaya açıq siqnal idi ki, qlobal dünya onun işğalçılıq müharibəsini dəstəkləmir.

Sammit Ukrayna üçün ədalətli və davamlı sülhün təmin edilməsi üçün yeganə effektiv mexanizmi olan Ukrayna Prezidenti Volodımır Zelenskinin Sülh Formulasının həyata keçirilməsinin praktiki komponenti oldu. 

Sülh Sammitinin yekunlarına əsasən, Sülhün əsasları haqqında Birgə Kommunike qəbul edilib və o, Sammitdə iştirak etməyən dövlətlərin qoşulması üçün açıq qalır.

Birgə kommünike aşağıdakılar haqqındadır: 

  • nüvə təhlükəsizliyi;
  • qlobal ərzaq təhlükəsizliyi;
  • ukraynalı hərbi əsirlərin, deportasiya edilmiş və qeyri-qanuni köçkün edilmiş ukraynalı uşaqların və bütün digər qeyri-qanuni həbs edilmiş Ukrayna vətəndaşlarının azad edilməsi.

Sammit hərtərəfli, ədalətli və davamlı sülhün bərpası yolunda mühüm addım oldu, çünki onun bütün iştirakçıları Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini təsdiqlədilər.

Biz birlikdə ədalətli və sabit sülhün dünya üçün nə demək olduğu və buna birlikdə necə nail ola biləcəyimizə dair qərar verməliyik. Sülh naminə müvafiq tədbirlər planları hazır olduqda, ikinci Sülh Sammitinə, yəni, Rusiyanın başlatdığı müharibənin sonuna yol açılacaq.

Ümid edirik ki, Azərbaycan Respublikası müharibənin bütün dəhşətlərini şəxsən yaşamış bir dövlət kimi bu cür planların hazırlanmasına qoşulacaq və növbəti Sülh Sammitində iştirak edəcəkdir.

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux