Ukrayna müstəqilliyinin 30-illiyi münasibətilə Azərbaycanda Ukrayna icmasının fəal üzvləri və Ukraynanın dostları üçün Birinci Ukrayna pikniki keçirilib.
Öz nitqində Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Vladyslav Kanevskyi qeyd etmişdir ki, builki tədbirin mənzərəli Quba rayonunda bir ailə əhatəsində keçirilməsi Ukrayna və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsində şəxsi töhfələrinə görə qonaqlara minnətdarlıq bildirmək və əzəmətli Qafqaz dağlarının mənzərələrindən zövq almaq üçün əla fürsət olacaq.
Tədbir çərçivəsində aşağıdakı şəxslər təltif edilib:
❖ Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulu – Ukrayna-Azərbaycan dostluğunun möhkəmlənməsi işində şəxsi töhfələrinə görə;
❖ “Ukrayna Ticarət Evi” MMC-nin Baş direktoru Əlibala Məhərrəmzadə - “Ukrayna biznesinin ambassadoru” nominasiyasında;
❖ Sumqayıt ş. İ.Franko ad. Ukrayna icmasının Sədri Tamilla Musayeva – Ukrayna Xarici İşlər Nazirinin “Ukrayna Müstəqilliyinin 30-illiyi, eləcə də Ukrayna dili və mədəniyyətinin populyarlaşdırılmasına görə” təbrik məktubu ilə;
❖ Bakı Slavyan Universitetinin Ukrayna dili müəllimi – “İlin müəllimi” nominasiyasında;
❖ Dmitro Şevçenko – “Ukrayna dili və ənənələrinin yayılması” nominasiyasında;
❖ Rudık ailəsi – “Geniş ürək” nominasiyasında – kiçik ukraynalı Dmıtro Sviçinski üçün xeyriyyə yardımın göstərilməsi məqsədilə Azərbaycanın Ukrayna icmasını birləşdirən təşəbbüsləri və biganə qalmadıqları üçün;
❖ Ukraynanın dağ xizək idmanı üzrə idman ustası Mariya Şerstyuk – “İdman ambassadoru” nominasiyasında, Ukrayna-Azərbaycan uşaq xizək məktəbinin yaradılması təşəbbüskarı;
❖ Ukraynanın əməkdar artisti Rimma Şapovalova – “Ukraynanın qızıl səsi” nominasiyasında.
Tədbir zamanı Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azeri Home Chef tərəfindən təşkil edilən " Ukrainian Food Week " kulinariya müsabiqəsinin nəticələrinə yekun vuruldu. Bu ilki yarışmada Azəri Home Chef müsabiqələrinin tarixində rekord sayda - 700 nəfər iştirak edib. Kulinariya müsabiqələrinin əsas qalibi, ardıcıl ikinci ildir ki, azərbaycanlıları Ukraynanın kulinariya sənəti ilə tanış edən Zaur Şuminov oldu.
Bayram ailəvi barbekü və əyləncəli idman oyunları ilə başladı. Rahat ailə mühiti, təmiz dağ havası və səhərin əhval -ruhiyyəsi günü müsbət enerji ilə doldurdu.
Ukraynanın müstəqilliyinin 30 -cu ildönümü bayramı Azərbaycan musiqi qruplarının, məşhur estrada müğənnilərinin, istedadlı DJ -lərin və "Səs" layihəsinin iştirakçılarının iştirakı ilə keçirilən bayram konserti ilə davam etdi.
Hər bir ukraynalı üçün simvolik olan Krım dağ gölünün rəngarəng mənzərəsində atılan bayram salyutu Ukrayna Müstəqilliyinin 30 -cu ildönümünə həsr olunmuş tədbirin xüsusi məqamı oldu!
Səfirlik, Ukraynanın müstəqilliyinin qeyd olunması münasibətilə bu ilki bayram tədbirini təşkil etdiyinə və keçirdiyinə görə Ukraynanın Şamaxı şəhərindəki fəxri konsulu Mehrali Gasimov minnətdarlığını bildirdi.















































