Azərbaycanın mənzərəli qədim Quba şəhərində ənənəvi yeni il qabağı Ukrayna Axşamları şənlikləri keçirilib.
Azərbaycandakı Ukrayna Axşamları Ukrayna və Azərbaycan xalqlarının mədəniyyətlərinin və adət-ənənələrinin zənginliyinin təbliğində əlamətdar hadisədir.
Müxtəlif nəsillərin nümayəndələrinin fəal iştirak etdiyi xalq və müasir Ukrayna və Azərbaycan mahnılarının, rəqslərinin ifası, həmçinin tematik müsabiqələr və karaoke qış əyləncəsinin bəzəyi olmuşdur.
Tədbirin keçirilməsi üçün Shahdag Quba & Truskavets “beş ulduzlu Ukrayna evini” təqdim etmiş və bu ilki Axşamlara ev yiyəliyi edən Alibala Maharramzade, eləcə də tədbirin həmtəşkilatçısı Sumqayıt ş. İvan Franko adına Ukrayna icmasına, Tamilla Musayevaya təşəkkürümüzü bildiririk.
Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi Ukrayna Axşamlarında əsl bayram və ailə abu-havasının yaratdıqlarına görə Azərbaycandakı Ukrayna icmasının nümayəndələrinə; tədbirin aparıcısı, Ukraynanın əməkdar artisti Rimma Şapovalovaya, eləcə də iştirakçılara və müxtəlif nominasiyalarda qalib gələnlərə: “Şahinlər” rəqs ansamblına, Lika İ-vaya, Niyaz Qurbanova, Aysel Əliyevaya, Nicat Orucova, Lesya Kerimova-Shevchenko, Irina Mityanets Sergey Mityanets, Fakhranda Hasanzaeh, Kamran Memmedov, Ilqar Nv, Dmytro Z-Shevchenko, Viktoriya Poladovaya Viktoriya P-va, Sattar Maharramzadeh Gulnara Maharramzadeh səmimi qəlbdən təşəkkür edir.
“Tamaşaçıların Simpatiyası Mükafatı” tədbirimizin hörmətli qonağı Məhərrəm Məhərrəmova təqdim olundu.














































