Ukraynanın Azərbaycan Respublikasındakı Səfirinin xanımı Lyudmila Qrebeniçenkonun sədrliyi ilə Ukrayna-Azərbaycan İşgüzar Qadınlar Klubunun növbəti iclası keçirilib.
İclasın gündəliyi:
Bakıda Ukrayna bazar günü məktəbinin fəaliyyətinin bərpası;
Ukraynanın kulinariya sənəti ənənələrinin Azərbaycanda təbliği,
Ukraynanın birinci xanımı Yelena Zelenskayanın təşəbbüsünün həyata keçirilməsi kontekstində Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərində ukrayna dilində audiobələdçilərin tətbiqi üzrə fəaliyyətin davam etdirilməsi;
Ukraynalı uşaqların Azərbaycan Respublikasının ərazisində sağlamlaşdırılması və reabilitasiyası.


