Ukraynanın Azərbaycandakı Səfirliyində Ukrayna icmasının fəal üzvləri və Ukraynanın dostları üçün Svyatoslav Vakarçuk ilə sürpriz görüş baş tutub -:)
Tədbir zamanı ukraynalı və azərbaycanlı fəallar Ukraynanın məşhur qrupunun solistinə Azərbaycan xalqının artıq altıncı aydır ki, Ukraynaya çatdırdığı humanitar yardımların toplanması ilə bağlı hekayələr danışdılar. Musiqiçi isə öz növbəsində cəbhəyə səfərləri və Vətənimizi rusiya işğalçılarından qoruyan ukraynalı əsgərlər üçün çıxışları barədə təəssüratları ilə bölüşdü.
Ukraynalı sənətçinin Ukrayna icması və Ukraynanın dostları ilə birlikdə ən məşhur mahnılarından birinin - “Obiymı” mahnısının birgə ifası görüşün xüsusi anına çevrilmişdir.





















