Ukrayna-Azərbaycan regional əməkdaşlığı sürətlənir
06 Mart 2021 15:06

05-06 mart 2021-ci il tarixlərində Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vladyslav Kanevskyi Azərbaycanın Bakıdan sonra ikinci sənaye, təhsil və elm mərkəzi olan Gəncə şəhərinə səfər etmişdir. 

İşgüzar səfər Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirəsini, eləcə də 2020-ci ilin payızında atəşlər nəticəsində həlak olmuş şəhər sakilərini bir dəqiqəlik sükutla yad etməklə başlamışdır. 

Gəncə ş. İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovla bölgələrarası əməkdaşlığın iqtisadi məsələləri, habelə mədəni-humanitar əlaqələrin genişləndirilməsi üzrə perspektivlər müzakirə olunub. 

Səfər gedişatında Səfir şəhərin bir sıra müəssisələrini ziyarət edib və onların Ukrayna ilə birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaradan planları ilə tanış olub. Xüsusilə önəmli olan odur ki, Gəncə Cihaz qayırma zavodunda bu yaxınlarda Ukraynanın tərəfdaş müəssisələrinin ən yeni işləmələri əsasında elektrik qurğuların birgə istehsalına başlanacaq. Energetika və nəqliyyat maşınqayırması sahələrində fəaliyyət göstərən Ukraynanın qabaqcıl müəssisələri o cümlədən istehsalat kooperasiyası şərtləri ilə istehsalat gücünün inkişafına öz töhfəsini verməyə hazırdır. 

Ukraynanın flaqman dövlət və özəl müəssisələri Azərbaycan tərəfdaşları ilə Gəncə regionunun infrastrukturu və müəssisələrin istehsalatının inkişafı üzrə layihələr həyata keçirməyə hazırdırlar. 

Gəncə səfəri Gəncənin Odessa və Dnepr şəhərləri ilə regionlararası əməkdaşlığının vacib olduğuna dair ortaq vurğu işarəsi ilə qeyd olundu. Tərəfdaş regionlararasımünasibətlər Ukrayna və Azərbaycan xalqları arasında mədəni-humanitar və təhsil əlaqələrinin inkişafına təsir etməlidir. Ukrayna və Azərbaycan regionalları arasında tərəfdaşlıq münasibətlərinin inkişafı qarşılıqlı əlverişli praktik nəticələrin effektiv şəkildə əldə olunması üzrə vacib və sınanmış bir təcrübədir. 


Səfir, həmçinin, Gəncə KİV müsahibə vermişdir.

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux