1 mart 2021-ci il tarixində 83 yaşında, Ukrayna diplomatiyasının bütün dövrünü təcəssüm etdirən Müstəqil Ukraynanın ilk xarici işlər naziri Anatoliy Zlenko vəfat etmişdir. O yalnız digər dövlətlərlə diplomatik əlaqələrin qurucularından biri deyil, eyni zamanda iki nəsil Ukrayna diplomatları üçün məktəb yaratmış bir insan idi.
Diplomatik karyerasını başa vurduqdan sonra Anatoliy Zlenko müsahibələrində Azərbaycanı, eyni zamanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi və Azərbaycan Respublikasının hazırkı Prezidenti İlham Əliyevi müsbət xatırlayırdı. Xüsusilə: “Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə çox işlər görülmüş və ölkədə vətəndaş sülhü və lazımi iqtisadi inkişaf təmin edilmişdir. Bütün bunlar onun davamçısı və oğlu - həm daxili, həm də xarici siyasət sənətini yaxşı bilən müasir bir lider olan İlham Heydər oğlu Əliyev də təmin edə bilmişdir. Dərin bilikləri, yüksək zəkası, xarici dilləri mükəmməl bilməsi, Avropa imici sayəsində Azərbaycan indi regional lider kimi yüksək səviyyədədir, nüfuz sahibidir və beynəlxalq aləmdə möhkəm reytinqə malikdir" - deyə qeyd etmişdir.
Anatoliy Maksımoviçin ölkələrimiz arasındakı münasibətlərin gələcəyini necə görməsi də böyük maraq doğurur: “Şübhə etmirəm ki, Ukrayna üçün dost olan Azərbaycan xarici siyasət prioritetlərimizdə strateji yer tutmağa davam edəcək və Ukraynanın beynəlxalq arenada ümumi məqsədlərlə birlikdə çalışacağı əsas ölkələrdən biri olacaqdır".
2020-ci ilin sentyabrında Ukrayna milli təhlükəsizliyinin yeni konsepsiyasında Azərbaycanı öz strateji tərəfdaşlarından bir kimi müəyyən etmişdir. Gördüyümüz ki, Anatoliy Maksimoviçin sözləri doğru çıxdı...
Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi Anatoliy Maksimoviç Zlenkonun ailəsinə və yaxınlarına bu ağır itki ilə əlaqədar dərin başsağlığı verir və virtual Başsağlığı kitabını açır. Başsağlığınızı 4-5 mart 2021-ci il tarixində bu elektron ünvanına göndərə bilərsiniz [email protected].