Ukrayna Müdafiəçisi Günü münasibətilə təbrik ediri!
Oktyabrın 14-ü Ukrayna əsgərlərinin əsas bayramı olan Ukrayna Müdafiəçisi Gününü qeyd edir. Bu tarix Ukrayna ordusunun mədh edilməsi üzrə tarixi ənənələri nəzərə alaraq seçilmişdir, çünki həmin tarixdə həm də Ukrayna kozakları günüvə Müqəddəs Məryəmin Şəfaəti bayraları qeyd edilir ki. Kozaklar Müqəddəs Məryəm Ananı öz səmavi müdafiəçisi vəhimayədarı hesab edirdilər. Bundan əlavə, oktyabr 14-ü həm dəUkrayna Qiyamçı Ordusunun (UQO) təsis günü hesab edilir.
Bu bayram münasibətilə, Ukraynada #biz sizin aranızdayıq adlı fleşmob təşkil edilib. Bu fleşmobda Ukrayna hərbçiləri sosial şəbəkələrdə gündəlik həyatlarından və “qaynar” iş günlərindən olan fotoşəkillərdə paylaşırlar. Aksiyanın məqsədi peşələrinin çətinliyi və təhlükəli olmağına baxmayaraq, bizim hərbçilərimizin seçdikləri yolla qürur duyduğunu, bizim isə Vətənimizin müdafiəçiləri ilə qürur duyduğumuzu göstərməkdir. Bizim müdafiəçilərimiz sadə kişi və qadınlardlr, ata və analardır, oğul v ə qızlardlr, lakin onlar hər zaman əllərinəsilah alaraq Ukraynanı müdafiə etməyə hazırdılar.
Müharibə, minlərlə həlak olmuş və yaralı şəxs, işğal –Ukraynalı və Azərbaycanlılar üçün bu sadəcə sözlər deyil. Bu xalqlarımızı birləşdirlən birgə ağrıdır: Ukrayna üçün işğal altında olan Krım MR və Donbasda gedən müharibə, Azərbaycan üçün isə hal-hazırda alışan, uzun illərdir davam edərn Dağlıq Qarabağ münaqişəsi.
Bu səbəbdən, 14 oktyabr təqvimdə qırmızı ilə qeyd edilən adi tarix deyil. Bu gün biz Vətənimizin ərazi bütövlüyünüqoruyan əsgərlərimizə təşəkkür etdiyimiz günddür. Bu gün biz Ukraynanın azadlığı və suverenliyi uğrunda ən dəyyərli varlıqları olan həyatlarını fəda edərək həlak olmuşvətənpərvərlərimizi yad edirik!
Bu gün biz inanırıq ki, həqiqət qalib gələcək, və biz, Ukraynalılar və qardaş Azərbaycanlılar onlara haqqla məxsus işğal altında olan ərazilərini qaytaracaqlar.
#UkraynaMüdafiəçilərinəTəşəkkürEdirəm


