Hökumət karantin müddətində əcnəbilərin Ukraynaya girişi qaydalarına dəyişiklik edib.
30 Sentyabr 2020 18:07

Dünən, 28 sentyabr 2020-ci il tarixində, Ukrayna Nazirlər Kabinetinin №888 qətnaməsi ilə Ukrayna Nazirlər Kabinetinin 22 iyul 2020-ci il tarixli, №641 qətnaməsinə dəyişiklik edilmişdir.

Xüsusilə də, Hökumət müəyyən etmişdir ki, digərləri ilə yanaşı, karantin müddətində Ukraynada qeydiyyatda olan sığorta şirkəti, və ya Ukrayna ərazisində nümayəndəliyi olanvə ya Ukrayna ərazisində tərəfdaş – sığorta şirkəti olan xarici sığorta şirkəti  tərəfindən verilmiş və Ukraynada qaldığı müddət ərzində COVID-19 müalicəsi, observasiyası ilə bağlı xərcləri qarşılayacaq sığorta polisi (şəhadətnamə, sertifikat) olmadığı halda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədini keçə bilməz.

Bu tələbdən istisna hal kimi daimi olaraq Ukrayna ərazisində yaşayan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və qaçqın kimi və ya əlavə müdafiəyə ehtiyacı olan şəxslər, xarici dövlətlərin Ukraynada akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluq müəssisələrində, rəsmi beynəlxalq missiyalarda, təşkilatlarda işləyən şəxslər və onların ailə üzvləri, Silahlı qüvvələrin bölmələrinin hazırlığı üzrə tədbirlərdə iştirak edən NATO üzv-dövlətləri və NATO iştirakçı-dövlətlərinin “Sülh naminə tərəfdaşlıq” proqramının silahlı qüvvələrinin hərbi qulluqçuları (bölmələri) azad edilir.

Bundan əlavə, sığorta polisi (şəhadətnaməsi, sertifikatı) olmadan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Donetsk və Luqansk vilayətlərinin, Krım Muxtar Respublikası və Sevastopol ş.  müvəqqəti işğal edilmiş ərazilərində nəzarət buraxılış məntəqələrindən keçə bilməz və oradan çıxa bilməz.

Həmçinin, müəyyən edilmişdir ki, dövlət sərhədini keçən və COVID-19 virusunun daha çox yayılmış dövlətlərdən gəlmiş vətəndaşlar və ya bu kimi dövlətin vətəndaşı (təbəəsi) olan şəxslər özünütəcrid etməlidir.

Bu norma aşağıda qeyd olunan kateqoriya şəxslərinə aid edilmir:

• 12 yaşına çatmamış şəxslər;

• Ukraynaya ali təhsil müəssisələrində təhsil almaq məqsədilə gələn şəxslər;

• COVID-19 virusunun əhəmiyyətli dərəcədə yayılmış dövlətin vətəndaşı (təbəəsi) olmayan və son 14 gün ərzində həmin ölkələrdə olmayan və ya tranzitlə Ukrayna ərazisindən keçən və iki sutka ərzində sərhədi keçəcəyini təsdiq edən sənədi olan şəxslər;

• xarici dövlətlərin Ukraynada akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluq müəssisələrində, rəsmi beynəlxalq missiyalarda, təşkilatlarda işləyən şəxslər və onların ailə üzvləri;

• daimi daşımalar həyata keçirən yük nəqliyyat vasitələrinin, avtobusların sürücüləri və ekipaj üzvləri, hava və dəniz, çay gəmiləri, qatar və lokomotiv briqadalarının ekipaj üzvləri;

• Silahlı qüvvələrin bölmələrinin hazırlığı üzrə tədbirlərdə iştirak edən NATO üzv-dövlətləri və NATO iştirakçı-dövlətlərinin “Sülh naminə tərəfdaşlıq” proqramının silahlı qüvvələrinin təlimatçıları;  

• mədəniyyət müəssisəsinin dəvəti ilə təşrif buyuran mədəniyyət xadimi, onu müşayiət edən şəxs;

• transplantasiya üçün hematopoetik kök hüceyrələri daşıyan şəxslər;

• sərhəddən keçmədən 48 saat əvvəl həyata keçirilmiş polimeraz zəncirvari reaksiya ilə aparılmış COVID-19 testinin mənfi nəticəsi olan şəxslər.

 Mənbə: https://dpsu.gov.ua/.../uryad-zminiv-pravila-vizdu.../

 UNK qətnaməsi https://www.kmu.gov.ua/.../pro-vnesennya-zmin-do...

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux