Üç il əvvəl Azərbaycanda məqsədi ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına, sahibkarlıq və investisiya fəaliyyətinin aktivləşdirilməsinə, habelə ixracın artırılmasına təsir etməkdən ibarət olan inteqral meydança - Ukrayna Ticarət Evi fəaliyyətə başlamışdır.
Bu müddət ərzində ticarət-iqtisadi sahədə Ukrayna-Azərbaycan əməkdaşlığının genişlənməsinə və yeni keyfiyyət səviyyəsinə çıxarılmasına töhfə verən bir çox layihələr həyata keçirilib.
rf-nin Ukraynaya qarşı tammiqyaslı silahlı təcavüzünün ilk günündən Ticarət Evi Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə birlikdə ölkəmiz üçün mühüm təşəbbüslər həyata keçirərək Ukraynaya və Ukrayna vətəndaşlarına hərtərəfli yardımının göstərilməsi işində fəal iştirak etmişdir.
Ukrayna-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində şəxsi xidmətlərinə görə Ukrayna Ticarət Evinin Baş direktoru Əlibala Məhərrəmzadə Ukrayna Prezidentinin yüksək dövlət mükafatı - III dərəcəli “Xidmətə görə” ordeni, habelə bu gün ona təntənəli şəkildə təqdim etmək şərəfinə nail olduğum Ukrayna Nazirlər Kabinetinin Fəxri Fərmanı ilə təltif edilib.
Tədbir simvolik olaraq “Ukrayna evində”: Quba rayonunun Ukrayna kökləri olan ən yaxşı sanatoriya komplekslərindən biri – qonaqpərvər beşulduzlu “Shahdag Guba & Truskavets”-də baş tutmuşdur.
Əlibala Məhərrəmzadəyə və onun mehriban və ahəngdar komandasına Ukrayna ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə yönəlmiş səmərəli və fədakar fəaliyyətinə görə səmimi qəlbdən təşəkkür edirəm!

