Azərbaycan şairi Səməd Vurğunun bu sətirləri Xeyriyyə yarmarkasının əsl leytmotivinə çevrildi.
Tədbirin təşkilatçısı Azərbaycan Xarici İşlər Nazirliyidir Azərbaycan Xarici İşlər Nazirliyi. Builki Xeyriyyə Yarmarkası Azərbaycan Respublikasının BMT-yə üzv olmasının 30 illiyinə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 3 illiyinə, eləcə də Birləşmiş Millətlər Təşkilatı Gününə həsr olunub.
Yarmarkada dünyanın 30-dan çox ölkəsinin, o cümlədən Ukraynanın nümayəndələri iştirak edir.
Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi Sumqayıt ş. İ.Franko adına Ukrayna icması və könüllülər hərəkatının nümayəndələri ilə birlikdə qonaqlar üçün mədəni və kulinariya irsimizin əsl sərvətlərini hazırlamışdır.
Ukrayna stendinin tərtib edilməsində göstərdiyi köməyə görə Tamilla Musayevaya, milli hand-made məhsullar kolleksiyasının təqdimatına görə könüllülər Vüsalə Ələsgərova və İnna Yakovlevaya , eləcə də YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş yeməyimiz - əsl pampuşkalı Ukrayna borşuna görə Aleksey Kuçmenko və Tatyana Parfenyuk simasında "Mama Nakormıla" Ukrayna mətbəxi restoranının kollektivinə minnətdarlığımızı bildiririk.
Yarmarkanın “Ukrayna hissəsi”-nin hedlayneri Lalə İsmayılovanın ifa etdiyi məşhur “Oy, u luzi çervona kalına” Ukrayna xalq mahnısı olub. Bu gün bu mahnı Ukraynanın azadlıq və müstəqillik uğrunda mübarizəsinin əsl simvoludur!
